BAKI, 12 sentyabr. TELEQRAF

Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) Aşağı Saksoniyada seçici dəstəyini itirməkdə davam edir.

Teleqraf xəbər verir ki, bunu “Bild” qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğuya əsasən, CDU-nun Aşağı Saksoniyada reytinqi 22 faizə düşüb. Bu, əvvəlki göstəricidən 3 faiz bəndi azdır. “Almaniya üçün Alternativ” (AfD) partiyasının göstəricisi isə 21 faizdir. Beləliklə, CDU rəqibini cəmi 1 faiz bəndi qabaqlayır.

Regionda birinci yerdə 26 faiz dəstəklə Almaniya Sosial Demokrat Partiyasıdır (SPD). “Yaşıllar”ın reytinqi isə 3 faiz bəndi artaraq 15 faizə çatıb.

Sorğuda iştirak edənlərin yalnız 18 faizi CDU-nun Aşağı Saksoniyada yerli hökumətə rəhbərlik etməsini istəyir. SPD namizədinin regional hökumətə rəhbərlik etməsini dəstəkləyənlərin payı isə 24 faizdir.

Sorğu sentyabrın 1-dən 8-dək 1000 nəfər arasında keçirilib.