BAKI, 12 sentyabr. TELEQRAF

Qərb Rusiyaya təzyiq göstərməyə çalışdı - əvvəlcə Qafqazdakı terrorçularla, indi isə Ukraynadakı neonasist rejimi ilə.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Təhlükəsizlik sahəsində nəyin müzakirə olunduğu aydındır. Bu, Rusiya Federasiyasına "təzyiq" etmək cəhdidir. Əvvəlcə Qafqazdakı terrorçuların və separatçıların köməyi ilə, sonra digər vasitələrlə, indi isə Ukraynadakı neonasist rejiminin köməyi ilə. Amma bu, dayanmır", - deyə Putin jurnalistlərə bildirib.