BAKI, 31 avqust. TELEQRAF
ABŞ-nin Arizona ştatındakı Qrand-Kanyon ərazisində baş verən güclü daşqından sonra 15 nəfər itkin düşüb.
Teleqraf ABŞ Milli Park Xidmətinə istinadən xəbər verir ki, daşqın avqustun 29-da baş verib.
“Milli Park Xidməti avqustun 29-da baş verən güclü daşqından sonra itkin düşmüş ola biləcək 15 nəfər barədə məlumatı olan şəxslərdən kömək istəyir”, - qurumun açıqlamasında bildirilib.
“ NBC News” telekanalının məlumatına görə, təbii fəlakətin təsirinə məruz qalan ərazilərdən 62 nəfər təxliyə edilib.
Hazırda daşqının vurduğu ziyanın miqyası qiymətləndirilir.