BAKI, 31 avqust. TELEQRAF

ABŞ administrasiyası İrana maliyyə axınını məhdudlaşdırmaq məqsədilə yaxın bir həftə ərzində banklardan birinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Teleqraf “Associated Press”ə istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent açıqlayıb.

“Lazım gələrsə, bu, iqtisadi zorakılıq olacaq. Biz kimlərin kim olduğunu bildiyimizi və bunun dayandırılmalı olduğunu açıq şəkildə bildiririk”, - Bessent deyib.

Nazir sanksiyaların hansı banka qarşı tətbiq ediləcəyini açıqlamayıb.

Qeyd edək ki, avqustun 24-də Bessent Vaşinqtonun İrana qarşı birtərəfli sanksiyalar rejimini kəskin sərtləşdirdiyini və məqsədin Tehranın gəlir mənbələrini tamamilə bloklamaq olduğunu bildirmişdi.

ABŞ maliyyə naziri yeni məhdudiyyətlərə əməl etməyən ölkələrə qarşı ikinci dərəcəli sanksiyaların tətbiq oluna biləcəyini, hətta onların dollara çıxışının məhdudlaşdırıla biləcəyini də bəyan edib.