BAKI, 31 avqust. TELEQRAF
ABŞ qüvvələri İranın Larak adasında İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus iki raket buraxılış qurğusuna zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, hücum nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər yaralanıb.
ABŞ rəsmisinin sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri Hörmüz boğazına dəniz minaları ilə birlikdə raket buraxmağa hazırlaşarkən müşahidə edilib. Bundan sonra ABŞ qüvvələri Larak adasındakı iki raket buraxılış qurğusuna zərbə endirib.
İranın "Tasnim" agentliyi isə hücumun pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirildiyini yazıb.
Hadisə ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.