BAKI, 31 avqust. TELEQRAF

Almaniya kansleri Fridrix Merts ölkənin müdafiə xərclərinin artırılmasının sosial ödənişlərdən daha vacib olduğuna işarə edib.

Teleqraf Almaniyanın ARD telekanalına istinadən xəbər verir ki, kansler bunu müsahibəsi zamanı bildirib.

“Azadlığımızı itirsək və Avropada sülh təhlükə altına düşsə, ən yaxşı uşaq baxımı müavinətinin bizə nə faydası olacaq?” - Merts deyib.

Kansler bununla müdafiə xərclərinin artırılmasının zəruriliyini əsaslandırıb.

Qeyd edək ki, Merts daha əvvəl Almaniya Silahlı Qüvvələrinin - Bundesverin modernləşdirilməsi üzrə müdafiə layihələrini iqtisadi baxımdan daha səmərəli etmək niyyətində olduğunu açıqlayıb. O, həmçinin Almaniyanın hərbi xərclərinin artırılmasını müdafiə edib.