BAKI, 31 avqust. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin İrana endirdiyi zərbələr İran qüvvələrinin Hörmüz boğazında dəniz minaları yerləşdirməsinin qarşısını almaq məqsədi daşıyıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“ABŞ Silahlı Qüvvələri Hörmüz boğazına birbaşa təhlükə yaradan mina yerləşdirmə əməliyyatını həyata keçirən SEPAH qüvvələrinə qarşı məhdud və dəqiq zərbələr endirib”, - CENTCOM-un açıqlamasında bildirilib.
Bundan əvvəl “Axios” portalının və İsrailin “Channel 12” telekanalının müxbiri Barak Ravid ABŞ qüvvələrinin İranın cənubundakı Larak adasında yerləşən iki raket buraxılış qurğusuna zərbə endirdiyini bildirmişdi.
Onun mənbəsinin iddiasına görə, İran həmin qurğulardan Hörmüz boğazına dəniz minaları daşıyan raketlər buraxmağa hazırlaşırdı.