BAKI, 31 avqust. TELEQRAF
İranın cənubunda, Hörmüz boğazı yaxınlığında yerləşən Sirik şəhəri ərazisində silsilə partlayışlar qeydə alınıb.
Teleqraf İranın dövlət teleradio şirkəti IRIB-ə istinadən xəbər verir ki, bölgədə bir neçə partlayış səsi eşidilib.
Partlayışların səbəbi, dəqiq yeri, eləcə də mümkün itki və dağıntılar barədə hələlik məlumat verilməyib. İranın rəsmi qurumları hadisə ilə bağlı ətraflı açıqlama yaymayıb.
Qeyd edək ki, bundan əvvəl İranın cənubundakı Larak adasında da partlayışlar baş verib. ABŞ qüvvələri adadakı iki raket buraxılış qurğusuna zərbə endirdiyini təsdiqləyib. İran tərəfi hücum nəticəsində ölən və yaralananların olduğunu açıqlayıb.