BAKI, 31 avqust. TELEQRAF
ABŞ hərbçiləri İran limanlarına qarşı dəniz blokadasının bərpasından sonra 83 ticarət gəmisinin kursunu dəyişməyə məcbur edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Avqustun 30-na olan məlumata görə, CENTCOM qüvvələri 83 kommersiya gəmisinin marşrutunu dəyişdirib, 3 gəmini sıradan çıxarıb, daha 2 gəmiyə isə desant çıxarıb”, - komandanlığın “X” hesabında bildirilib.
ABŞ iyulun 14-də İrana qarşı dəniz blokadasını bərpa edib.
Qeyd edək ki, avqustun 27-də marşrutu dəyişdirilən gəmilərin sayı 75 idi.