ŞƏMKİR, 30 avqust. TELEQRAF
Şəmkir sakininin yaşadığı evin həyətində meyiti tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
1983 cü il təvəllüdlü Elman Həsənovun meyiti aşkar edilib. Onun cansız bədənini ilk olaraq qonşusu görüb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.