BAKI, 28 avqust. TELEQRAF

ABŞ maliyyə naziri Skott Bessent qarşıdan gələn G20 maliyyə nazirlərinin görüşündə həmkarları ilə İrana iqtisadi təzyiqin artırılması və Tehranla ticarət əlaqələrinə davam edən ölkələrə ikinci dərəcəli sanksiyaların tətbiq edilməsi məsələlərini müzakirə etməyi planlaşdırır .

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyindən “Reuters”ə bildirilib.

“Nazirin yaxın günlərdə G20-dəki həmkarlarımızla keçirəcəyi görüşlərdə bu məsələni qaldıracağını gözləyirəm. Bu, İrana qarşı iqtisadi kampaniyamızın vacib aspektidir, ona görə də bütün G20 üzvlərinin bu məsələdə həmfikir olmasını təmin etmək istəyirik”, - mənbə qeyd edib.