BAKI, 31 avqust. TELEQRAF

İranın raket zərbələrindən sonra İordaniyanın cənub və şərq bölgələrində partlayışlar qeydə alınıb.

Teleqraf İranın “Fars” agentliyinə istinadən xəbər verir ki, məlumat ərəb mənbələri tərəfindən də təsdiqlənib.

Partlayışların dəqiq harada baş verdiyi, eləcə də mümkün itki və dağıntılar barədə hələlik ətraflı məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ qüvvələrinin İranın cənubundakı Larak adasında yerləşən iki raket buraxılış qurğusuna zərbə endirdiyi bildirilmişdi. Daha sonra İranın İordaniyada yerləşdirilən ABŞ qüvvələrinə raket hücumları həyata keçirdiyi barədə məlumat yayılıb.

***

02:46

İran İordaniyada yerləşdirilən ABŞ hərbçilərinə raket zərbələri endirir.

Teleqraf xəbər verir ki, bu barədə “Fox News” telekanalının jurnalisti Trey Yinqst mənbələrinə istinadən məlumat yayıb.

“İran İordaniyada yerləşdirilən ABŞ Silahlı Qüvvələrinə hücum edir”, - jurnalist bildirib.

Yinqstin sözlərinə görə, İranın indiyədək buraxdığı raketlərin demək olar ki, hamısı hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib.

O, hücumlar nəticəsində ciddi dağıntıların qeydə alınmadığını da bildirib.

Qeyd edək ki, bundan əvvəl İordaniya ərazisində İranın zərbələrindən sonra bir sıra partlayışların baş verdiyi barədə məlumat yayılmışdı.