BAKI, 31 avqust. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ qüvvələrinin İranın Larak adasına hücumundan sonra cavab zərbəsi endirəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib.

Məlumata görə, hücum nəticəsində İran hərbçiləri və mülki şəxslər arasında ölən və yaralananlar var.

“Larak adasına hücum nəticəsində bir sıra döyüşçülərimiz və həmvətənlərimiz həlak olub və yaralanıb. Bu addım cavabsız qalmayacaq, təcavüzkar cəzalandırılacaq”, - bəyanatda qeyd olunub.

Bundan əvvəl “Axios” portalının və İsrailin “12-ci kanal”ının müxbiri Barak Ravid ABŞ qüvvələrinin İranın cənubunda yerləşən Larak adasındakı iki raket qurğusuna zərbələr endirdiyini bildirib.