BAKI, 30 avqust. TELEQRAF

“Son zərbələrdə daha dəqiq olsaydıq daha yaxşı olardı. Bu cür rəqiblərə qarşı 1:0 hesabı qoruyub saxlamaq çətin olur. Tək narazılığım bitiriciliyimizin zəif olması idi”.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının III turunda keçirilən “Zirə” - “Neftçi” görüşündən sonra (1:0) ev sahiblərinin baş məşqçisi Rəşad Sadıqov deyib.

Mütəxəssis artıq 2 yeni transferlə şifahi hazırlaşdıqlarını bildirib:

“Junior Martinsi satmaq planlarımıza daxil deyildi. Juniora təklif gəldikdə uzun söhbətlərimiz oldu. Rəhbərliyə bildirdim. Onun qarşısını kəsmək istəmədik. Bu transferdən gəlirimiz də oldu. Rəhbərlik 4-5 transfer üçün çalışırıq. Skaut heyətimiz çalışmalarını davam etdirir. Şifahi olaraq artıq 2 futbolçu ilə razılıq əldə etmişik”.