BAKI, 31 avqust. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulacaq.

Teleqraf xəbər verir ki, turun son oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Araz-Naxçıvan" Qəbələ şəhər stadionunda son çempion "Sabah"ı qəbul edəcək. Bu duel saat 18:00-da start götürəcək. Matçı Rəvan Həmzazədə idarə edəcək.

Tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı komandası "Qarabağ"la qarşı-qarşıya gələcək. Fərid Hacıyevin idarə edəcəyi görüş saat 20:15-də "Socar Polymer Arena"da start götürəcək.