BAKI, 31 avqust. TELEQRAF
İran Silahlı Qüvvələri Hörmüz boğazında yerləşən ABŞ gəmiləri istiqamətində raketlər buraxıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Press TV" kanalı məlumat yayıb.
Raketlərin sayı, hədəfə çatıb-çatmaması, eləcə də mümkün itki və dağıntılar barədə hələlik əlavə məlumat verilməyib.
Bundan əvvəl ABŞ qüvvələri İranın cənubundakı Larak adasında yerləşən iki raket buraxılış qurğusuna zərbə endirib. ABŞ rəsmisinin sözlərinə görə, SEPAH qüvvələri həmin qurğulardan Hörmüz boğazına dəniz minaları daşıyan raketlər buraxmağa hazırlaşırdı. İran tərəfi hücum nəticəsində ölən və yaralananların olduğunu açıqlayaraq cavab veriləcəyini bəyan etmişdi.