BAKI, 28 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Hörmüz boğazını “Amerika ərazisi” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada paylaşım edib.
Fotoda Hörmüz boğazı “Yeni” sözü ilə işarələnib və Puerto-Riko, Quam, Vircin, Şimali Mariana, Ueyk, Samoa, Mikroneziya və Marşal kimi adaların yanında yerləşdirilib.
Xatırladaq ki, Donald Tramp bundan əvvəl də Hörmüz boğazını “Amerika ərazisi” adlandırmışdı.