BAKI, 31 avqust. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus MQ-9 pilotsuz uçuş aparatını vurduğunu bildirib.
Teleqraf “Press TV” telekanalına istinadən xəbər verir ki, PUA Hörmüz boğazı üzərində vurulub.
“ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatı Hörmüz boğazı üzərində vurulub və Fars körfəzinin sularına düşüb”, - məlumatda qeyd olunub.
Hadisə ilə bağlı ABŞ tərəfindən hələlik açıqlama verilməyib.
Bundan əvvəl SEPAH İordaniya ərazisində ABŞ qırıcılarının yerləşdiyi iki aviabazaya zərbələr endirdiyini açıqlamışdı.