BAKI, 18 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını “Amerikanın yeni ərazisi” adlandırıb.

Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” hesabında paylaşım edib.

Trampın paylaşdığı fotoda Bəsrə və Oman körfəzlərinin xəritəsi göstərilir. Hörmüz boğazı mərkəzdə mavi rənglə dairəyə alınıb və onun üstündə böyük hərflə “Yeni ABŞ ərazisi” qeydi var.