BAKI, 30 iyun. TELEQRAF
“İranın Hörmüz boğazının yenidən açılmasına razı olacağına dair çox az dəlil var”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü Adam Smit deyib.
“Belə görünür ki, ABŞ administrasiyası İranın boğazın yenidən açılmasına razı olacağına və hər şeyin yaxşı gedəcəyinə nikbin yanaşır. Amma mən bunun baş verəcəyinə dair çox sübut görmürəm”, - senator bildirib.
Smit qeyd edib ki, məsələ hökumət rəsmilərinin məlumatı gizlətməsində deyil: “Onlar hesab edirlər ki, hər şey qaydasındadır, İran ABŞ-nin tələblərini qəbul edəcək. Mən bu məsələyə şübhə ilə yanaşıram”.