BAKI, 5 iyun. TELEQRAF

ABŞ Nümayəndələr Palatasının üzvləri Ukraynanın Rusiya ilə müharibədə ehtiyac duyduğu yardımı almasını təmin etmək üçün çalışacaqlar.

Teleqraf xəbər verir ki, bunu Nümayəndələr Palatasının demokrat üzvü Brayan Fitspatrik Ukraynaya yardım haqqında qanun layihəsinin təsdiqlənməsi ilə bağlı şərhində bildirib.

“Ukraynalı dostlarımıza və tərəfdaşlarımıza, xüsusən də cəbhədəki hərbçilərimizə söyləmək istəyirəm: yardım artıq yoldadır. Bu gün baş verənlər son deyil, başlanğıcdır. Arxayınlaşıb işimizin bitdiyini düşünməyəcəyik”, - Fitspatrik bildirib.

O qeyd edib ki, senatorları da bu qanun layihəsini dəstəkləməyə təşviq edəcək: “Senatda hər qapını döyəcəyik, Nümayəndələr Palatasının etdiyi kimi, onları düzgün iş görməyə inandırmaq üçün orada brifinqlər keçirəcəyik. Çünki bu qanun layihəsi təkcə Ukrayna üçün deyil, bütün dünya üçün mübarizə aparan insanlara kömək etmək haqqındadır”.

Xatırladaq ki, ABŞ Konqresinin aşağı palatası Ukraynanı dəstəkləmək və Rusiyaya qarşı sanksiyaları gücləndirmək üzrə qanun layihəsini qəbul edib. Qanun layihəsi qüvvəyə minməsi üçün Senat tərəfindən təsdiqlənməlidir.