BAKI, 3 mart. TELEQRAF
ABŞ-nin Nevada ştatında yerləşən və “Zona 52” kimi tanınan məxfi hərbi baza yaxınlığında bir sıra qəribə zəlzələlər qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə “Daily Mail” ABŞ Geoloji Xidmətinə (USGS) istinadən məlumat yayıb.
Məlumata görə, əvvəllər nüvə sınaqları üçün istifadə edilmiş gizli poliqon ətrafında son bir həftə ərzində 100-dən çox seysmik hadisə qeydə alınıb. Zəlzələlərin hamısı poliqondan 80 kilometr radiusda baş verib.
Bildirilib ki, təkanların gücü 1,0–1,9 bal arasında dəyişən zəif sarsıntılardan 3,0 baldan yuxarı, ətrafda olan insanlar tərəfindən hiss oluna bilən zəlzələlərə qədər olub.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin sabiq prezidenti Barak Obama yadplanetlilərin mövcudluğunu istisna etmədiyini, lakin bununla bağlı sübutunun olmadığını bildirmişdi.