Avropa İttifaqı Seuta muxtar şəhərindəki miqrant böhranının həlli üçün İspaniyaya təxminən 115 milyon avro ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasından bildirilib. Vəsait sərhədin möhkəmləndirilməsi, yetkinlik yaşına çatmayanların yerləşdirilməsi və Mərakeşə qanunsuz miqrantların qaytarılması üçün istifadə olunacaq.

İspaniya rəsmi olaraq 24 avqustda təcili yardım tələbi ilə müraciət edib.

Bu il iyulun sonlarında on minlərlə sənədsiz immiqrant üzərək Mərakeşdən Seutaya keçiblər. Böhranın qarşısını almaq üçün Madrid şəhərə ordu qüvvələri yerləşdirilib. Hakimiyyət orqanları şəhərə 80 minə qədər insanın daxil olduğunu təxmin edir, lakin sənədsiz immiqrantların böyük əksəriyyəti Mərakeşə qaytarılıb.