BAKI, 2 mart. TELEQRAF

İrana qarşı “Epik Qəzəb” adlı kampaniya hava əməliyyatıdır.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.

“İki gün əvvəl Prezident Donald Trampın birbaşa əmri ilə Müdafiə Nazirliyi “Epik Qəzəb” əməliyyatına başladı. Bu, tarixdə ən ölümcül, ən mürəkkəb və ən dəqiq hava əməliyyatıdır”, - o bildirib.

Pit Heqset ABŞ-nin həyata keçirdiyi əməliyyatın mümkün quru komponenti barədə isə danışmayıb.