BAKI, 2 mart. TELEQRAF

“ABŞ İran rejimini iki-üç həftə ərzində məhv etməyi planlaşdırıb”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Rəhbərliyin bir hissəsinin aradan qaldırılması üçün iki-üç həftə lazım olacağını güman edirdik, amma bütün rəhbərliyi bir günə zərərsizləşdirdik. Əməliyyat planlaşdırılan müddətdən xeyli əvvəl yerinə yetirildi”, - o bildirib.

Tramp İrana qarşı əməliyyatın dörd həftəlik planlaşdırıldığı fikrini bir daha təkrarlayıb: “Əvvəlcədən dörd həftə hesablamışdıq”.