BAKI, 2 mart. TELEQRAF
“ABŞ hərbçiləri İran rəhbərliyini, o cümlədən Ali rəhbər Əli Xameneini aradan götürməyə çalışmayıblar. Məqsəd ölkədə hakimiyyət dəyişikliyi olmayıb”.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Konqres üzvü Mayk Törnerlə söhbətində deyib.
“Onun sözləri tam aydın idi: “Xameneini biz hədəfə almamışıq, İran rəhbərliyinə qarşı məqsədli zərbələr endirməmişik”, - konqresmen “CBS News” telekanalına müsahibəsində bildirib.
Törnerin sözlərinə görə, ABŞ-nin rejim dəyişikliyinə can atmadığını anlamaq son dərəcə vacibdir. Konqres üzvü ABŞ-nin İranın hərbi hədəflərinə zərbələr endirdiyini vurğulayıb.