BAKI, 2 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinin ona iki dəfə sui-qəsd cəhdi etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə X-də prezidentlə müsahibə aparan “ABC News”un müxbiri Conatan Karl məlumat verib.
Karl dövlət başçısının sözlərindən sitat gətirib:
“Bu axşam telefon danışığında Prezident Tramp mənə ayətullah Xameneinin ölümü ilə bağlı bunları söylədi: “O mənə çatmamışdan əvvəl mən ona çatdım. İki dəfə məni məhv etməyə cəhd ediblər. Amma mən ona birinci çatdım”.