BAKI, 28 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İran xalqına müraciət edib.
Teleqraf xəbər verir ki, o, müraciətində ABŞ-nin İran xalqına hazırkı rejimdən qurtulmaq imkanı yaratdığını bildirib.
“Azadlıq vaxtı yaxınlaşır. Evlərinizdən çıxmayın, çünki hər yer bombardman ediləcək. İşimizi bitəndə nəzarəti ələ alın, bu, sizin şansınızdır”, - Tramp vurğulayıb.
ABŞ Prezidenti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) təslim olmağa çağırıb: “Silahlarınızı yerə qoyun, sizə qarşı ədalətli olacağıq, yoxsa mütləq ölümlə üzləşəcəksiniz”.