BAKI, 28 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Venesuela neftinə nəzarəti ələ aldığını və onu Texas ştatına yönləndirdiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp "KIII 3 News" telekanalına müsahibəsində deyib ki, bir neçə ay əvvəl Venesuelaya qarşı həyata keçirilən əməliyyat çox uğurlu olub.

“Biz neftə nəzarəti ələ aldıq, Venesuela nümayəndələri və ölkənin səlahiyyətli prezidenti ilə sıx əməkdaşlıq edirik. Bu neft Texas ştatına daşınır”, - deyə ABŞ lideri qeyd edib.

Xatırladaq ki, Tramp fevralın 24-də Konqresin Nümayəndələr Palatası və Senat qarşısında illik “Ölkənin vəziyyəti haqqında” müraciətində Venesuelanın ABŞ-a dünya bazarında satılması üçün 80 milyon barel neft ötürdüyünü bildirmişdi.