BAKI, 12 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçiriləcək görüşdən əvvəl - avqustun 13-də Avropa liderləri və ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Amerika liderinin Zelenskiyə zənginin Avropa ölkələrinin nümayəndələri ilə danışıqlarından sonra baş tutacağı gözlənilir. Söhbətdə Trampla yanaşı, ABŞ-nin I vitse-prezidenti Ceyms Devid Vens də iştirak edəcək.
Xatırladaq ki, ABŞ və Rusiya prezidentləri arasında görüş avqustun 15-də Alyaskda keçiriləcək.