BAKI, 5 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 48 saat ərzində dünya liderlərindən üç rədd cavabı alıb.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Söhbət Rusiya, Çin və İran liderlərindən gedir. Seçki kampaniyası zamanı Tramp məhz bu ölkələrlə müqavilələr bağlayacağına söz vermişdi.

Nəşr xatırladıb ki, Tramp Rusiya-Ukrayna müharibəsinə son qoyacağını, Çin sədri Si Cnpinlə ticarət razılaşması əldə edəcəyini və İranın nüvə proqramı ilə bağlı saziş bağlayacağını vəd eləsə də, bunları yerinə yetirə bilməyib.