BAKI, 1 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynadan olan həmkarları Vladimir Putinlə Volodimir Zelenskinin bəyanatlarından narazıdır.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Levit bildirib.

“ABŞ prezidenti Rusiya və Ukrayna arasında sülh razılaşmasına nail olmaq üçün inanılmaz əzmlə çalışır. Amma hər iki tərəfin liderlərinin bəyanatlarından narazıdır.

Prezident Tramp münaqişənin bitməsi üçün nələrin baş verməsi lazım olduğunu söyləyib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Komandalarımız birlikdə işləməyə davam edir”, - ABŞ rəsmisi vurğulayıb.