BAKI, 15 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp onu tənqid edən Amerika mediasını “qanunsuz və korrupsioner” adlandırıb.

Teleqraf xəbər verir ki, dövlət başçısı onu ən çox tənqid edən bir sıra media qurumlarının adlarını da çəkib.

“CNN, MSNBC və digər nəşrlər sözün əsl mənasında mənim haqqımda 97,6 faiz pis yazır. Buna son qoyulmalıdır”, - Tramp qeyd edib.

Prezident media orqanlarını “Demokratlar Partiyasının siyasi qolları” adlandırıb: “Fikrimcə, onlar həqiqətən korrupsioner və qanunsuzdurlar. Onların etdikləri qanunsuzluqdur”.

Tramp deyib ki, media məhkəmə hakimlərə təsir göstərir qanunlara müdaxilə edir:

“Mən bunun qanuni olduğuna inanmıram. Bunu bir-biri ilə tam koordinasiyada edirlər”.