![](https://teleqraf.az/storage/2025/02/08/715x378/whatsapp_image_2025-02-08_at_09.26.09.jpg)
BAKI, 8 fevral, TELEQRAF
ABŞ Prezidenti Donald Trampın radikal islahatları ölkədə açıq ürək əməliyyatının aparılması ilə müqayisə oluna bilər.
Teleqraf xəbər verir ki, bu fikirləri Dövlət Departamentinin keçmiş əməkdaşı Mayk Benz amerikalı jurnalist Taker Karlsona müsahibəsində səsləndirib.
Ağ Ev liderinin siyasi qərarlarını dəstəkləyən Benz əlavə edib ki, Trampın fəaliyyəti özündə ciddi riskləri də ehtiva edir.
"Açıq ürək əməliyyatı edirik. Bu əməliyyatı icra etmək lazımdır. Hələ ki, yeni administrasiyasının siyasi qərarları ilə 100% razıyam. Kömək etmək üçün əlimdən gələni etmək öhdəliyi hiss edirəm, çünki radikal islahatlara cəhd edərkən sağlam orqanlara xətər dəymə riski var. Səhv bir qərar nəticəsində xəstə ölə bilər", - amerikalı rəsmi bildirib.
Onun sözlərinə görə hazırda ABŞ-nin xarici siyasətində baş verən fundamental dəyişikliklər qlobal əhəmiyyət kəsb edir.
USAID-in fəaliyyətini dayandırmasına da toxunan Benz qeyd edib ki, sözügedən təşkilat ABŞ-nin xarici siyasətinin alətidir: “Adında yardım sözü belə yoxdur, sadəcə Beynəlxalq İnkişaf Agentliyidir".