BAKI, 17 yanvar. TELEQRAF
Ardıcıl leysan yağışlarının səbəb olduğu güclü daşqınlar nəticəsində Cənubi Afrika Respublikası, Mozambik və Zimbabvedə 100-dən çox insan ölüb.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Daşqın səbəbindən bu ölkələrdəki bir sıra şəhər və kəndlər su altında qalıb, nəqliyyat əlaqəsi pozulub.