BAKI, 8 sentyabr. TELEQRAF
İspaniya Nazirlər Şurası Seuta muxtar şəhərindəki miqrasiya böhranı ilə bağlı Milli Kəşfiyyat Mərkəzinin hesabatlarının məxfiliyinin götürülməsi barədə qərarı təsdiqləyəcək.
Teleqraf xəbər verir ki, bu barədə EFE agentliyi İspaniyanın hökumət mənbələrinə istinadla məlumat yayıb.
Sənədlərin sentyabrın 9-da dosye şəklində dərc olunacağı gözlənilir. Söhbət iyulun 1-dən avqustun 1-dək olan dövrə dair hesabatlardan gedir.
İyulun sonunda on minlərlə qanunsuz miqrant Mərakeşdən Seutaya daxil olub. Madrid böhran səbəbindən Afrikanın şimalında yerləşən şəhərdə təhlükəsizliyin təmin edilməsinə kömək üçün hərbi qüvvələri cəlb edib.
Hakimiyyət orqanlarının hesablamalarına görə, şəhərə 80 minədək insan daxil olub. Güman edilir ki, onların əksəriyyəti artıq Mərakeşə qayıdıb.