BAKI, 1 noyabr. TELEQRAF

Sudanın şərqindəki Hayya şəhərində neft vurma stansiyası və energetika obyekti PUA hücumuna məruz qalıb.

Teleqraf "Sudan Tribune" portalına istinadən xəbər verir ki, hücum nəticəsində neft çənlərində və elektrik yarımstansiyasında yanğın baş verib.

Vurulan stansiya Cənubi Sudan neftinin Qırmızı dəniz sahilindəki "Bəşayir" ixrac terminalına nəql edildiyi boru kəmərinin üzərində yerləşir. Sudan hökuməti bildirib ki, hücuma görə Çevik Dəstək Qüvvələri məsuliyyət daşıyır.