BAKI, 31 avqust. TELEQRAF
Demokratik Konqo Respublikasında (DKR) laboratoriya şəraitində təsdiqlənmiş Ebolaya yoluxma hallarının sayı sutka ərzində 96 nəfər artaraq 6 041-ə çatıb. Epidemiya zamanı ölənlərin ümumi sayı 2 911 nəfərə yüksəlib, son 24 saatda 49 nəfər vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media Nazirliyi məlumat yayıb.
Xəstəliyin ölüm göstəricisi 48,2 faiz təşkil edir. Hazırda xəstəxanalarda və tibbi izolyatorlarda xəstəlik əlamətləri olan 619 nəfər qalır. Yoluxmuş şəxslərlə təmasların izlənməsi səviyyəsi 82,4 faizə çatır.
Qeyd edək ki, mayın 15-də DKR və Uqandada başlayan bu epidemiya Afrika tarixində qeydə alınan ikinci ən ölümcül alovlanma olub. Virus DKR-nin altı əyalətində fəaliyyət göstərir, epidemiya mərkəzi isə Ituri əyalətidir. Uqanda hakimiyyəti iyulun 28-də ölkədə epidemiyanın başa çatdığını elan edib, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə avqustun 25-də bunu təsdiqləyib.