BAKI, 2 sentyabr. TELEQRAF
“Çad, Fransa və Benin Nigerdə hərbi çevrilişdə iştirak edə və ya onun hazırlanmasından əvvəlcədən xəbərdar ola bilərdi”.
Teleqraf xəbər verir ki, bu barədə Niger ordusunun kapitanı Rocer Qabriel dövlət televiziya-radio şirkəti RTN-nin efirində deyib.
Zabitin sözlərinə görə, proses zamanı Çaddakı tanışından telefon zəngi alıb. Həmin şəxs ona 101 saylı aviabazanı ələ keçirən hərbçilərə dəstək göstərilməsi üçün hazırlıqlar barədə məlumat verib. “Mənə söylədilər ki, Çad ərazisindən hakimiyyət orqanları və Fransa xüsusi təyinatlılarının təşkil etdiyi müdaxilə hazırlanır”, - o bildirib.
Qabriel qeyd edib ki, devrilmiş prezident Məhəmməd Bazumun ətrafından olan şəxslər də onunla əlaqə saxlayıblar. İddiaya görə, onlar Benin hakimiyyətinin baş verənlərdən xəbərdar olduğunu və qiyamçılara dəstək göstərməyə hazır olduğunu bildiriblər.