BAKI, 7 oktyabr. TELEQRAF
Qana hökuməti BRİKS-ə qoşulmaq qərarını təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Qana xarici işlər naziri Samuel Okudzeto Ablakva məlumat verib.
“Prezident Mahamanın administrasiyası BRİKS-in ölkənin iqtisadi inkişaf vizyonuna uyğun inanılmaz fürsət təqdim etdiyinə inanır. Biz hazırda sabitləşmədən iqtisadi transformasiya yoluna keçirik. Prezidentin müəyyən etdiyi yeni iqtisadi perspektivləri möhkəmləndirmək üçün beynəlxalq əməkdaşlığımızı şaxələndirməyin zəruri olduğuna inanırıq. Hökumətin qərarının arxasında duran səbəblər bunlardır. İndi ilk addımları atmalıyıq - rəsmi ərizə təqdim verməli və dəstək təmin etməliyik”, - nazir bildirib.
Qana xarici işlər naziri bu kontekstdə ölkəsinin BRİKS-in aparıcı üzvləri - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası ilə yüksək səviyyəli münasibətlərinə diqqət çəkib.