BAKI, 10 sentyabr. TELEQRAF
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə APS ölkənin Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
“Əlcəzair münasibətləri qoruyub saxlamaq üçün bütün vasitələr tükəndikdən sonra Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib”, - açıqlamada bildirilib.
Əlcəzair həmçinin Birləşmiş Ərəb Əmirliklərinin səfirinə diplomatik münasibətləri kəsmək qərarına əməl etmək üçün iki gün (48 saat) vaxt verib.