Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 min nəfəri ötüb, 3398 nəfər isə xəstəlikdən vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Bildirilib ki, hazırda 837 nəfər karantində saxlanılır və ya müalicə olunur. Bu həftə infeksiya ölkənin şimal-qərbində yerləşən Cənubi Ubangi vilayətində də təsdiqlənib və beləliklə xəstəliyin yayıldığı vilayətlərin sayı 7-yə çatıb.