BAKI, 7 sentyabr. TELEQRAF
Tanzaniya Prezidenti Sami Suluhu Hasanın həyat yoldaşı Hafid Ameyr Hasan Zənzibarda xəstəxanada vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Deoqratius Ndjembi məlumat verib.
“Dərin kədərlə bildirirəm ki, Tanzaniya Prezidenti Sami Suluhu Hasanın həyat yoldaşı Hafid Ameyr Hasan vəfat edib”, - o bildirib.
Dəfn mərasiminə hazırlıq Zənzibar adasındakı Kizimkazi kəndində aparılır. Dəfnin tarixi hələ açıqlanmayıb.
Ameyr Həsən ixtisasca aqronom olub və ictimai tədbirlərdə nadir hallarda görünüb. Onlar 1978-ci ildən evli idilər, dörd övladı var.