BAKI, 21 sentyabr. TELEQRAF
Cənubi Afrika Respublikasının (CAR) xarici işlər naziri Ronald Lamola ABŞ Prezidenti Donald Trampın administrasiyasını ağdərili cənubi afrikalıların qaçqın statusu verilməsi yolu ilə Amerikaya köçürülməsi üzrə dövlət proqramı çərçivəsində CAR-a qarşı aparteid siyasəti yürütməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, o, mövqeyini Vaşinqtonda diaspor nümayəndələri ilə görüş zamanı açıqlayıb.
“ABŞ CAR-da ağdərililərə qarşı soyqırımı bəhanəsi ilə cənubi afrikalıların Amerikaya köçürülməsi proqramını həyata keçirməyə başlayıb. Hazırda ABŞ-də yalnız CAR-dan olanlara qaçqın statusu verilir, digər hansısa irqin nümayəndələrinə isə şamil olunmur. Biz irqi prinsipə əsaslanan belə siyasəti “Aparteid 2.0” adlandırırıq, çünki bu siyasət irqçiliyə əsaslanır”, - nazir bildirib.
Xatırladaq ki, CAR-da aparteid kimi tanınan və ağdərililərlə qaradərililər arasında məcburi irqi ayrı-seçkilik siyasətinin tətbiq edildiyi dövr 1948-1990-cı illəri əhatə edib, Nelson Mandelanın hakimiyyətə gəlişi ilə bitib.