BAKI, 26 oktyabr. TELEQRAF

Misirin parlamentinin aşağı palatası - Nümayəndələr Palatası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərarı təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Misirin dövlət mediası məlumat yayıb.

Söhbət müdafiə məsələlərində dəstəkdən gedir. Hələlik bununla bağlı başqa təfərrüatlar açıqlanmayıb.

Misir Konstitusiyasının 152-ci maddəsinə əsasən, müharibə elan edilməsi və ölkənin silahlı qüvvələrinin xarici missiyalara göndərilməsi məsələləri ölkənin Milli Müdafiə Şurasında və Nümayəndələr Palatasında müzakirə olunur.

Misirin Milli Müdafiə Şurası oktyabrın 18-də Səudiyyə Ərəbistanına yardım göstərilməsini təsdiqləyib.