BAKI, 9 oktyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının Yəməndəki səfiri Məhəmməd əl-Cabir Bab əl-Məndəb boğazının husilərdən tamamilə təmizləndiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Bab əl-Məndəb boğazı husi qüvvələrindən təmizləndi”, - diplomat bildirib.