BAKI, 24 noyabr. TELEQRAF

ABŞ 2028-ci ildə futbol üzrə Amerika Kubokuna ev sahibliyi edəcək.

Teleqraf xəbər verir ki, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) turnirin birgə təşkili ilə bağlı razılıq əldə ediblər.

49-cu dəfə keçiriləcək Amerika Kuboku 2028-ci il iyunun 9-dan iyulun 9-dək davam edəcək. Yarışın təqviminə 25 oyun günü daxil edilib.

Turnirdə CONMEBOL-un üzvü olan 10 ölkənin milli komandası ilə yanaşı, CONCACAF-ı təmsil edən altı yığma da mübarizə aparacaq.

CONCACAF-ın altı təmsilçisi 2027-ci il iyunun 17-dən iyulun 11-dək keçiriləcək Qızıl Kubokun nəticələrinə əsasən müəyyənləşəcək.