BAKI, 24 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp “Nvidia” şirkətinin səhmlərindən 15 milyon dollaradək gəlir əldə edib.
Teleqraf “The Guardian”a istinadən xəbər verir ki, buna Censen Huanqın baş direktor vəzifəsinə qaytarılmasından sonra şirkətin səhmlərin bahalaşması səbəb olub.
Trampın maliyyə bəyannaməsinə görə, sentyabrın 30-na onun 370 minədək “Nvidia” səhmi olub. Son iki ildə isə 23-86 milyon dollar dəyərində səhm alıb.
Bazar ertəsi “Nvidia” səhmləri 31,5 faiz bahalaşıb, şirkətin bazar dəyəri isə təxminən 950 milyard dollar artıb.
Qeyd edək ki, Censen Huanq noyabrın 12-də baş direktor vəzifəsindən istefa verib, noyabrın 23-də isə yenidən vəzifəsinə qaytarılıb.