BAKI, 7 oktyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi məlumat yayıb.

Danışıqlar zamanı Türkiyə-Rusiya ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan işlərin mühüm əhəmiyyət daşıdığını bildirərək, Ankaranın Rusiya ilə Ukrayna arasında birbaşa təmasların başlanmasına dair səylərə töhfə verməyə hər zaman hazır olduğunu ifadə edib.

Türkiyə lideri telefon danışığı zamanı Rusiya Prezidentini doğum günü və partiyasının Dövlət Dumasına seçkilərdəki uğuru münasibətilə təbrik edib.