BAKI, 24 noyabr. TELEQRAF
Bakı Olimpiya Stadionunda “Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İspaniyanın “Barselona” klubu ilə matçdan öncə məşqi keçirilib.
Teleqraf xəbər verir ki, baş məşqçi Valdas Dambrauskasın rəhbərlik etdiyi komandanın hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Məşqə isinmə hərəkətləri ilə başlayan futbolçular daha sonra müxtəlif çalışmaları yerinə yetiriblər.
Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.